Logo

Kino Günü ilə bağlı Bakıda tədbir olacaq

Kino Günü ilə bağlı Bakıda tədbir olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 2-də Kino işçilərinin peşə bayramı günüdür. 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hər il olduğu kimi, həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyası tərəfindən hazırlanmış Ayaz Salayevin "Qarabağın həsrət salnaməsi” layihəsi və "40-cı paraleldə” kinoalmanaxı təqdim olunacaqdır. Almanaxa "Qara bağ” (rejissor Amil Məmiyev), "Onun atası” (Zamin Məmmədov), "Postskriptum” (Emin Mirabdullayev), "Hədiyyə” (Emin Əfəndiyev) qısametrajlı filmlər daxildir.

Tədbir zamanı bir qrup kino veteranı mükafatlandırılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR