Bakı və Abşeronun bu ərazilərində su kəsiləcək
Kateqoriya məlum deyil
Magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar 12 yanvar 2022-ci il tarixində gün ərzində Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ masssivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Sfera.az xəbər verir ki, bu barədə "Azərsu” ASC məlumat yayıb.
Bildirilir ki, yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.






