Logo

Azərbaycana 1 milyon 200 min doza vaksin gətiriləcək

Azərbaycana 1 milyon 200 min doza vaksin gətiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu ay Azərbaycana növbəti dəfə yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən "Coronavac” vaksini gətiriləcək.

Sfera.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd olunub ki, təsdiq olunmuş müqaviləyə əsasən, bu ay ərzində Çindən ölkəyə 1 milyon 200 min doza "Sinovac” şirkətinə məxsus "Coronavac” vaksininin gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada "Coronavac”, "Sputnik V” və "Pfizer” vaksinlərindən istifadə olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR