Kəlbəcərdə şəhid olan Azər Nəzərov Tovuzda dəfn olunacaq
Kateqoriya məlum deyil
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Nəzərov Ayaz Azər oğlu Tovuz rayon Bozalqanlı kəndindəndir. O, Tovuz rayonunda dəfn olunacaq.
Sfera.az xəbər verir ki, 24 yaşlı Azər Nəzərov ailənin 2-ci oğludur. Ondan böyük bir qardaşı var. O, subay olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər A.Nəzərov Tovuz rayonunda dəfn olunacaq.
Allah rəhmət eləsin!
(report)






