"Müəllim bizi vururdu da, danlayırdı da" - Aparıcı şagirdi döyən direktora dəstək verdi
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Turan İbrahimov son günlər sosial mediada müzakirə obyektinə çevrilən müəllim-şagird münasibətindən danışarkən deyib.
"Çox şükür, nə fiziki, nə də psixi travmamız var. Tam əksinə yerimizi bilmişik, başqasının da yerini dar etməmişik”, - deyən aparıcı əlavə edib ki, hazırda müəllimlər uşağa səsini qaldıran kimi sosial şəbəkələrdə hay-küy qopur:
"Müəllimlərin üzərinə bu qədər gediləcəksə, müəllimlik inistitunun nə hörməti qalacaq, nə də nüfuzu. Uşaqlar da özünü üstün sanıb daha da azğınlaşacaq. Şəxsən mən oğluma demişəm ki, "eşidəm-biləm müəllimlərə qarşı nəsə səhvin olub, məndən incimə”. Müəllim haqsız olsa belə, bunu böyüklər çözməlidirlər. Uşaqlar üçünsə haqlı olan, həmişə müəllim olmalıdır”.
Türkan
Sfera.az






