Anar Kərimov iki şöbəyə müdir və özünə müşavir təyin etdi - SİYAHI
Kateqoriya məlum deyil
Mədəniyyət Nazirliyində yeni yaradılan Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinə və Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinə yeni müdirlər təyin edilib.
Sfera.az-ın Report-a istinadla məlumatına görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.
Əmrlərə əsasən, Ramil Abbəkirov Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin, Vüqar Məmmədov isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə gətirilib.
A.Kərimov digər əmrlə Fuad Məmmədovu özünə müşavir təyin edib.
Qeyd edək ki, hazırda mədəniyyət nazirinin iki müşaviri var. A.Kərimovun digər müşaviri Vüqar Şahinzadədir.
Xatırladaq ki, F.Məmmədovdan əvvəl bu vəzifəni hazırda nazirin birinci müavini olan Elnur Əliyev tuturdu.






