Logo

Horadizdə dəmir yolu stansiyasında silah-sursat tapıldı

Horadizdə dəmir yolu stansiyasında silah-sursat tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Füzuli rayonunun Horadiz qəsəbəsində dəmir yolu stansiyası ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşların Horadiz dəmir yolu stansiyası ərazisindən 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd "AK-74” markalı avtomat silahı, 1496 müxtəlif çaplı patron, 1 ədəd "R-392” markalı radiostansiya, 2 ədəd qumbara alışdırıcısı və 3 ədəd patron darağı tapılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR