Logo

Baba Vəziroğlunun doğum günüdür

Baba Vəziroğlunun doğum günüdür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün əməkdar incəsənət xadimi, nasir Baba Vəziroğlunun doğum günüdür.

Sfera.az bildirir ki, o,  1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləyib, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilib. Universitetin jurnalistika fakültəsində təhsil alan Vəziroğlu 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü seçilib.

Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, №8) çap etdirdiyi "Bir yaz axşamı", "Maqazinçi Dadaş" hekayələri ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr edib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. "Mir" Dövlətlərarası Teleradio Şirkətində redaktor (1997-1998), Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor (1998-2002) vəzifəsində fəaliyyət göstərib.  Hazırda orada idarə heyətinin katibidir (2002-ci ildən).

Mindən artıq şeirinə mahnı bəstələnən tanınmış şair,  "Həsən Seyidbəyli", "Yeri boş qalan adam" (Rəşid Behbudov), "Sənsiz və ya ömrün son axşamı" (Həsən Turabov), "Haradan başlanır vətən", "Elegiya" (Zərifə Əliyeva), "Beş nəğməlik ömür" (Oqtay Kazımov) və s. sənədli filmlərin də ssenari müəllifidir.

Ailəlidir, iki qızı var.

Sfera.az saytı adından Baba Vəziroğlunu ad günü münasibətlə təbrik edir, can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR