Dünyada ilk dəfə “5G” şəbəkəsi tikilib

Dünyada ilk dəfə “5G” şəbəkəsi tikilib

 

Növbəti beş ildə "5G” şəbəkəsinə qoşulan qurğuların sayı 150 milyona çatacaq.

"Huawei” və "Vodafone” şirkətləri Böyük Britaniyada "5G” rabitə standartının E tezliyi diapazonunda (60-90 QHs) səhra sınaqları zamanı məlumatları 20 qiqabit saniyə sürətində ötürməyə nail olublar.

Oxu.Az "ICTnews”-a istinadən xəbər verir ki, sınaqlar müvafiq olaraq 20 və 10 Qbit/saniyə sürət nümayiş etdirən biristifadəli (SU-MIMO) və çoxistifadəli (MU-MIMO) çoxkanallı giriş/çıxışlarda keçirilib.

"Beşinci nəsil” və ya "IMT-2020” rabitə standartı kimi tanınan "5G” kommunikasiyaları yeni səviyyəyə çıxaracaq rabitə standartıdır. Şəbəkənin əsas göstəricisi məlumatların minimum 10 Qbit/saniyə sürətində simsiz ötürülməsidir.

"5G”-nin tətbiq ediləcəyi təxmini tarix 2020-ci il hesab edilir. Müddət rabitə nəsillərinin mütəmadi dəyişməsi - təqribən on ildə bir dəfə nəzərə alınaraq hesablanıb və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsdiq edilib.

Yeni standartın əsas vəzifələrindən biri "Əşyalar interneti” texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq.

2021-ci ildə "5G” şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.

”5G” müasir kommunikasiyanın bir neçə problemini həll edəcək. O, insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri "ağıllı” idarəetmə şəbəkəsində birləşdirəcək. 

Həmçinin standart media fayllardan istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.

Sınaqlar başa çatdıqdan sonra "Huawei”in baş direktoru Erik Xu bildirib ki, "5G” ümumi kommunikasiya şəbəkəsinə bəşəriyyətin icad etdiyi və gələcəkdə icad edəcəyi "ağıllı” qurğuların hamısını daxil edə biləcək.


OXŞAR XƏBƏRLƏR

Lalə Azərtaşın komandasına balta ilə hücum etdilər -VİDEO

Aparıcı Lalə Azərtaş çəkiliş üçün yollandığı Kürdəmirdə hücuma məruz qalıb.   Sfera.az xəbər verir ki, aparıcı 15 yaşlı qızın ailə qurması xəbər...

Qəzada həlak olan 22 nəfərin meyiti Azərbaycana nə vaxt gətiriləcək?

Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Tə...

Zelenski Azərbaycana başsağlığı verib Rusiyanı ittiham etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı v...

Bu məşhurlar 2024-cü ili həbs və məhkəmə ilə yola verdi - SİYAHI

2024-cü il bir çox dünya ulduzları üçün böyük sınaqlar gətirdi. Bu böyük sınaqların içərisində isə həbslər xüsusi diqqət çəkib.   Sfera.az 2024-cü ildə...

Xorvatiya prezidenti İlham Əliyevə başsağlığı verdi

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir: ...

Dövlət Komissiyasının növbəti iclası keçirildi

Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının növbəti iclası keçirilib.   Bu barədə Sfera.az-a Na...