Logo

Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, bir gündə 32 306 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 249 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 471 597, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 181 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 692 515, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 597 299 təşkil edir.

Peyvənd olunanların sayı açıqlandı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR