Anar qazaxıstanlı həmkarına məktub göndərdi
Kateqoriya məlum deyil
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlətə məktub göndərib.
Sfera.az xəbər verir ki, məktubda qeyd olunur:
"Dost və qardaş Qazaxıstandan gələn xəbərlər hamımızı sarsıdır və ağrılıdır. 2022-ci ilin ilk günlərindən Qazaxıstanda sabitliyin pozulması, iğtişaşlar, vətəndaş qarşıdurması, qan tökülməsi təəssüf doğurur. Bu hadisələrdə insanların həlak olması böyük itkidir və bizi hədsiz kədərləndirir. Tezliklə sabitliyin bərqərar olunmasını, bu ağrı-acıların arxada qalmasını arzulayır, qazax xalqına xoşbəxt gələcək diləyirik".






