Logo

Məzənnə

Məzənnə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 25-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 22-i ilə müqayisədə dəyişməyərək 1,5724 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,49% ucuzlaşaraq 1,7259 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,81% ucuzlaşaraq 0,0243 manat səviyyəsinə enib.

Türkiyə lirəsi isə manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,33% artaraq 0,5141 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0647 manatdır. Beləliklə, funt sterlinq də 0,74%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6685 manat təşkil edib.

Məzənnə
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR