Logo

Bu il hansı enerji layihələri həyata keçiriləcək?

Bu il hansı enerji layihələri həyata keçiriləcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"2021-ci il Azərbaycan üçün enerji hadisələri baxımından zəngin oldu. Neft qiymətlərinin 2020-ci illə müqayisədə təqribən 78% artımı ölkəmiz üçün çox imkanlar yaratdı”.

Sfera.az xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

İ.Şabah söyləyib ki, amma bəzi enerji layihələrinin icrasını 2022-ci ildə həyata keçirmək mümkün olmayıb. O həmin layihələrin icrasının bu il həyata keçirilməsinin mümkün olduğunu vurğulayıb: "Azərbaycanla Türkmənistan arasında Xəzərdəki "Dostluq” neft yatağı üzrə hökumətlərarası Saziş imzalandı və parlamentlərdə təsdiqini tapsa da, ölkələrin təsərrüfat subyektləri - SOCAR və "Turkmennebit” arasında gözlənilən kommersiya sazişini imzalamaq mümkün olmadı.

Azərbaycan Energetika Nazirliyi hələ fevralda gözləyirdi ki, Səudiyyənin energetika nazirinin iştirakı ilə bu ölkənin "Acwa Power” şirkətinin ölkəmizdə tikəcəyi külək elektrik stansiyasına start versin. Daha sonra bunun dekabrda olacağı anons edildi. Amma görünür, tikinti işlərinə başlamaq yubanır.

Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisinə də başlamaq ötən il mümkün olmadı.

Baxmayaraq ki, hər iki şirkətlə icra müqaviləsi hələ 9 yanvar 2020-ci il tarixində Baş nazirin iştirakı ilə Bakıda imzalanmışdı”.

İ.Şaban Yeni Qaz Emalı zavodunun tikintisinin ləngidiyini də bildirib: "Bilməyənlər üçün deyim ki, ölkənin daxili bazarında il ərzində 12 mlrd m3-dən çox qaz istehlak olunur, amma 1961-ci ildən istismarda olunan Qaradağ Qaz Emalı zavodu (20 il bundan öncə istismar müddətini başa vurub) cəmi 3 mlrd kubmetrə yaxın qazı emal edə bilir, yerdə qalan qaz həcmləri istehlakçılara emal edilmədən verilir”.

Vasif Cəfərov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR