Logo

Onlayn qumar bazarının həcmi 100 milyard dollara çatacaq

Onlayn qumar bazarının həcmi 100 milyard dollara çatacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qlobal onlayn qumar bazarının həcminin 2023-cü ildə 92,9 milyard dollardan çox olacağı proqnozlaşdırılır. Bazarın hazırkı ölçüsü 59 milyard dollardır.

Sfera.az bildirir ki, qarşıdakı bir neçə il ərzində bazarın həcmi 2 dəfə böyüyəcək.

Onlayn qumar, internet vasitəsilə kazino oyunları, poker və ya idman mərc oyunlarından ibarətdir. Mövcud texnologiyanın inkişafı, onlayn ödəniş edən qumarbazların onlayn xidmət göstərənlərə inamının artması və dünyada artan rəqəmsallaşma kimi amillər onlayn qumar bazarını bir çox ölkədə inkişaf etdirir.

2018-ci ildə ABŞ-da idman mərcləri Ali Məhkəmə tərəfindən qanuniləşdirildikdən sonra onlayn qumar şirkətləri idman mərcləri sektorlarını inkişaf etdirə bilib. Bu dəyişiklik bazarın böyüməsini daha da dəstəkləyir. Hazırda ən böyük qlobal onlayn qumar şirkətləri "Paddy Power Betfair”, "Ladbrokes Coral Group”, "Villiam Hill” və "888 Holdings”dir.

Vasif Cəfərov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR