Logo

Azərbaycanda yararsız 5,5 min kq dondurma məhv edildi - FOTO

Azərbaycanda yararsız 5,5 min kq dondurma məhv edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İstehlaka yararsız dondurma məhsulları məhv edilib.

Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agnetliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

"AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 1 adda, 5513.44 kq dondurma məhsulları "Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.

Azərbaycanda yararsız 5,5 min kq dondurma məhv edildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR