Logo

Yolu azan erməni qarşı tərəfə təhvil verildi

Yolu azan erməni qarşı tərəfə təhvil verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün 1 nəfər erməni əsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Sfera.az-a verilən xəbərə görə, Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib.

Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR