Logo

Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Səhiyyə Nazirliyi Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

Sfera.az  xəbər verir ki, bu barədə nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib.

Onun sözlərinə görə, bayramlarda qonaq getmə halları çox müşahidə olunur və bu da təmasların artması deməkdir: "Novruz bayramında da qeyd etmişdim ki, qaydalara uyğun davranılsa, nəticə yaxşı olar. Yenə də bu tədbirlərə əməl edilməsini tövsiyə edirəm".

"Nəzərə alsaq ki, ölkədə "Omikron” ştamı qeydə alınmayıb. Ona görə də bu bayramda kütləvi toplaşma yəqin ki, yoluxma sayında artıma səbəb olmayacaq. Lakin yenə də ehtiyatı əldən verməməklə lazımi qoruyucu tədbirlərə ciddi əməl etmək lazımdır”, - T.Eyvazov əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR