Azərbaycanda seysmikliyi zəif və yüksək olan bölgələr AÇIQLANDI
Kateqoriya məlum deyil
İl ərzində Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik yüksək olub.
Bu barədə Sfera.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Böyük Qafqazın cənub-şərq yamacında, Zaqatala-Balakən bölgəsində seysmiklik zəif olub. Bununla yanaşı, Xəzər dənizində seysmikliyin fon səviyyəsində olması müşahidə olunub. İran-Türkiyə sərhədində, Gürcüstan-Ermənistan sərhədində seysmiklik yüksək olub.
Bundan başqa, Şıxzəhirli, Quşçu və Xəzər dənizindəki Daşlı palçıq vulkanlarında püskürmə qeydə alınıb.






