“Ermənilər misqayırma zavodunun tullantılarını Oxçuçaya axıdır” – ETSN rəsmisi
Kateqoriya məlum deyil
"Ovçuçayın çirklənməsinə səbəb hazırda ermənilərin yaşadığı Qafan və Qacaran rayonları ərazilərində misqayırma zavodlarındakı tullantıların çaya axıdılmasıdır”.
Sfera.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib:
"Qarabağ ərazisində çaylarımızın çirklənməsinə səbəb Ovçuçaydır. Ovçuçayın keçdiyi Qafan və Qacaran rayonları ərazilərində misqayırma zavodları var və oradakı tullantılar çayın ekoloji durumuna ziyan vurur. Əhalimizin işğaldan azad olunmuş ərazilərdə ekoloji təhkəsizliyini təmin etmək üçün çirklənmənin qarşısını alacağıq. Bu məqsədlə beynəlxalq təşkilatlara müraciət edəcəyik".Əzizə






