Logo

Şahmar Mövsümov əhalini vaksinasiya olunmağa çağırdı

Şahmar Mövsümov əhalini vaksinasiya olunmağa çağırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mövcud vəziyyəti nəzarətdə saxlamağın yeganə yolu vaksinasiyadır. Elmi tədqiqatlar da göstərir ki, vaksinasiya iki dozadan sonra kifayət qədər yüksək qoruyucu qüvvəyə malikdir”.

Sfera.az  xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.

"Ancaq həmin tədqiqatlardan da görünür ki, ikinci dozadan 4 ay sonra həmin immunitet azalmağa başlayır. Yəni qoruyucu immunitetin tədricən azalması müşahidə edilir. Bunun üçün isə buster dozanın vurulması tövsiyə olunur. Azərbaycanda da bu prosesə başlanılıb. Artıq 1 milyon 200 mindən çox vətəndaş buster dozanı alıb. Hazırda da bu proses davam edir”, - o bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR