Nazir Hacı Zeynalabdin Tağıyevin heykəlindən DANIŞDI
Kateqoriya məlum deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli artıq hazırdır. Açılış tarixi ilə bağlı məsləhətləşmələr aparılır.
Sfera.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib.
Onun sözlərinə görə, gələn il açılış tarixi bilinəcək.
"Xatırlatmaq istərdim ki, 2023-cü ildə Zeynalabdin Tağıyevin yubileyinin qeyd edilməsi də nəzərdə tutulur. Yubiley münasibətilə həm ölkə daxilində, həm də xaricdə tədbirlər keçiriləcək", - deyə nazir bildirib.






