Logo

"O səs Türkiyə"də azərbaycanlıların gecəsi - VİDEO

"O səs Türkiyə"də azərbaycanlıların gecəsi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"O səs Türkiyə"də ikinci turun seçimləri davam edir.Axşam.az-ın məlumatına görə, Murad Bozun komandasında yarışan azərbaycanlı ifaçı Ruslan İqnatenko (Alishan) növbəti mərhələ üçün səhnəyə çıxıb. O, Beyonsun repertuarından "Listen" mahnısını ifa edib. Həmyerlimiz qalib gələrək "duellər" mərhələsinə adlayıb.Daha sonra Ebru Gündeşin komandasında olan digər həmyerlimiz Mərdan Kazımov səhnəyə çıxıb. O, əfsanəvi Rey Çarlzın "Hit the road Jack" mahnısını səsləndirib. O, da növbəti mərhələyə keçib.İlk turda Gökhan və Hakan Özoğuzları seçən azərbaycanlı rep qrupu "Nəğd Pul" da tamaşaçı qarşısına çıxaraq performanslarını göstəriblər. Onlar komanda rəhbərləri olan "Athena" qrupunun mahnısı üzərində öz replərini deyiblər. Özoğuzlar sonda həmyerlilərimizi seçiblər. Tamaşaçıların xahişi ilə "Nəğd pul" eyni mahnını bir daha oxuyub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR