Logo

"Gözləyirlər ki, meşələr qırılıb qurtarsın?"- Deputatdan ETİRAZ

"Gözləyirlər ki, meşələr qırılıb qurtarsın?"- Deputatdan ETİRAZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Şəkinin su təchizatının 2013-cü ildə tamamlanması nəzərdə tutulsa da, hələ də bu məsələ həll olunmur".

Sfera.az xəbər verir ki, bu sözləri deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Millət vəkili Şəkidə su təchizatı ilə yanaşı qaz  probleminin də həllini tapmalı olduğunu bildirib:

"Şəkidə 24 yaşayış məntəqəsinin qazlaşdırılması problem olaraq qalır. Qazlaşdırma ilə bağlı müsbət cavab olsa da, hələ həmin kəndlərə qaz çəkilmir. Gözləyirlər ki, meşələr qırılsın, ondan sonra qazlaşdırılacaq. Bu problemlər həll olunmayınca yollar da bərbad vəziyyətdə olacaq. Odur ki, Şəkinin qaz, su və yol problemi həllini tapmalıdır".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR