Azər Qərib yas qadağasına üsyan etdi: "Heç bir məmurun yaxınının xatirəsi..."
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Azər Qərib anasının il mərasimindən danışarkən deyib. O, yaslara hələ də icazə verilməməsindən şikayətlənib:
"Nəyə görə 150 nəfərlik toy etmək olar, 50 nəfərlik yas vermək olmaz? Varmı məntiq? İnsanlar balaca mənzillərə doluşurlar ağız-ağıza, virus kef edir belə şəraitdə. Deyirlər ki, yas elədir ki, say saxlamaq çətindir. Nəyi çətindir? Həm 40, həm il mərasimlərinə dəvət edirlər, məhdudiyyət qoyun, insan işini bilsin. Onsuz da indi böyük yas verənlər sadə insanlar deyil, vəzifə sahibləri, zənginlər istədikləri qədər adam çağırırlar, güldən ağır söz deyən də olmur. Kimi bağında edir, kimi bahalı çadırlarda. Nəticədə yenə də sosial bərabərlik iflasa uğrayır, mənə olar - sənə olmaz”.
A.Qərib qeyd edib ki, hər şeyi pandemiyanın boynuna yıxmaq olmaz:
"Sadəcə işləyib normal qaydalar tədbiq etmək lazımdır, ən asanı qadağa qoymaqdır. Qadağa qoyanların yaxınları rəhmətə gedəndə özlərinə məhdudiyyət qoymurlar, niyə? Əgər olmazsa, heç kim etməsin, olarsa, hamı edə bilsin, belə olmalıdır. Heç bir məmur yaxınının xatirəsi bizim yaxınlarımızın xatirəsindən əziz deyil, ayrıseçkilik salmayın”.
Türkan
Sfera.az






