Logo

Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabrın 26-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Abşeron yarımadasında gecə 1-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Dekabrın 26-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-15° şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR