Logo

İkinci hərbi çevriliş əmri - ŞOK İDDİA

İkinci hərbi çevriliş əmri - ŞOK İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İstanbulda həbs olunan briqada generalı Haluk Şaharın həbsdən əvvəl ikinci dəfə hərbi çevrilişə cəhdlə bağlı əmr verdiyi iddia edilib.

Sfera.az axar.az-a istinadən bildirir ki, generalın saxlanılmazdan əvvəl Konya Hərbi Hava Bazası komandanı Mustafa Ərtürkə 4 ədəd F-16 qırıcısının hazır vəziyyətə gətirilməsi haqda tapşırıq verdiyi deyilir.
 
Məlumata görə, polkovnik-leytenant Alparslan Şahin ikinci hərbi çevriliş cəhdi üçün hərbi birlikdəki əsgərlərin böyük hissəsini evlərinə göndərib və oraya öz qruplaşmasındakı əsgərləri gətirib. Bundan sonra 2 helikopterə 4 pulemyot, təxminən 6 min güllə və raket sistemi yerləşdirilib.
 
Mustafa Ərtürk 4 ədəd F-16 qırıcısının hazır vəziyyətə gətirilməsi haqda əmr versə də, onun qruplaşması və özünün həbs olunması bu planın - ikinci hərbi çevriliş cəhdinin üstündən xətt çəkib.
 
Lakin o həbs olunsa da, ittihamları qəbul etməyib və hərbi çevrilişə cəhdlə heç bir əlaqəsinin olmadığını iddia edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR