Logo

Milli Məclisin gələn il üçün xərclər smetası artırıldı

Milli Məclisin gələn il üçün xərclər smetası artırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin gələn il üçün xərclər smetası artırılıb.

Sfera.az xəbər verir ki, 2022-ci ildə Milli Məclisin və onun aparatının xərclər smetası 42 236 822 manat olması müəyyən edilib.

Qeyd edək ki, Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında qərar layihəsində parlamentin və onun aparatının xərclər smetası 42 036 822 manat olması müəyyən edilmişdi.

Xatırladaq ki, parlamentin noyabrın 17-də keçirilən plenar iclasında Milli Məclisin işlər müdiri Firudin Hacıyev Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında məlumat verərkən qeyd etmişdi ki, 2022-ci il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 42 milyon 36 min 822 manat vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 233 min 578 manat azdır. O, parlamentə ayrılan pulun artırılmasını hökumətdən xahiş etmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR