Logo

Narkotik çəkib mikroavtobus sürən şəxs həbs edildi

Narkotik çəkib mikroavtobus sürən şəxs həbs edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında ictimai nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Bərdə rayonu ərazisində şəhərdaxili sərnişindaşıma ilə məşğul olan "Mersedes” markalı mikroavtobusun sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən "saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsinin sürücüsü Elbir Məhərrəmovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitədən istifadə etdiyi məlum olub.

E.Məhərrəmov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, bir ay müddətinə inzibati qaydada həbs edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR