Tanınmış vəkildən AZAL-a etiraz: “Ankaraya İrəvandan gedək?”
Kateqoriya məlum deyil
"Turistlərin Azərbaycana gəlməsinin qarşısını kəsən ilk növbədə astronomik bilet qitmətləridir”.
Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O qeyd edib ki, məhz AZAL-ın bahalı biletlərinə görə vətəndaşlarımız xaricə Gürcüstan vasitəsi ilə gedirlər.
"Bu yaxınlarda Naxçıvandan Türkiyəyə gedən avtobusun aşması nəticəsində həlak olan, yaralanan vətəndaşlarımız da biletlərin bahalığından Naxçıvandan Türkiyəyə avtobusla gedənlərdir. Bu cür davam edərsə, vətəndaşlarımız İstanbula və Ankaraya Yerevan vasitəsilə gedəcəklər”, deyə o əlavə edib.Türkan






