Logo

Rusiya 226 kiloqramlıq Türkiyə mandarinini məhv etdi

Rusiya 226 kiloqramlıq Türkiyə mandarinini məhv etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Stavropol vilayətində sanksiya altına düşən Türkiyə mandarinləri məhv edilib.

Sfera.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya kənd təsərrüfatına nəzarət xidməti məlumat yayıb.

Xidmətin əməkdaşları yanvarın 8-də FTX ilə birlikdə Jeleznovodsk şəhərində keçirilən reydlər zamanı dükanların birində qadağan olunmuş Türkiyə mandarinlərini aşkarlayıblar.

“Qutunun üzərində qablaşdırma tarixi 2016-cı il kimi, çatdırılma tarixi isə 05 yanvar 2016-cı il kimi göstərilib.

Lakin məlumdur ki, 01 yanvar 2016-cı il tarixdən məhsulun bu növü Rusiya Federasiyasının ərazisinə idxalı qadağandır”, - qurumda izah ediblər.

226 kiloqram çəkisi olan mandarinlər satışdan çıxarılıb və Mineralnıye Vodı şəhərində poliqonda “xüsusi avadanlığın istifadəsi ilə” məhv edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR