Logo

Bağlanan banklarda qorunan əmanətlərin həcmi AÇIQLANDI

Bağlanan banklarda qorunan əmanətlərin həcmi AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, lisenziyaları ləğv olunan "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-də ümumilikdə 140 mln. 300 min manat məbləğində qorunan əmanət var.

Sfera.az apa-a istinadən xəbər verir ki, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Əmanətlərə gəlincə, lisenziyası ləğv olunan dörd bankda əhalinin 140 milyon 300 min manat məbləğində qorunan əmanəti var. Bu vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq. Belə ki, adıçəkilən banklar fondun üzvüdür. Lazım olarsa, Mərkəzi Bank likvidlik dəstəyi göstərəcək”, - deyə sədr qeyd edib.

Bu gün Beynəlxalq Bank və Bank Standard problemi banklardır.

Trend-in məlumatına görə R.Aslanlı deyib ki, Azərbaycan Beynəlxalq Bankı və Bank Standarddan başqa ölkədə bu gün problemli bank yoxdur.

Onun sözlərinə görə, bu bankların bağlanması ilə bağlı məsələ bu gün gündəmdə deyil.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR