Logo

“Övladlarımı oxutduğum yerlərə simvolik ianələr verirəm...” – Tanınmış jurnalist

“Övladlarımı oxutduğum yerlərə simvolik ianələr verirəm...” – Tanınmış jurnalist
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təhsil naziri Emin Əmrullayev ianələrlə bağlı açıqlama verib. Məsələ bu deyil, ianə də olar, yardım da. Türkiyədə bu həmişə var, olub, olacaq - elə Avropada da”.

Sfera.az bildirir ki, bunu jurnalist Jalə Mütəllimova deyib. O bildirib ki, vətəndaş-məmur münasibətində hər şey oğurluğa və fırıldağa söykənib:

"Şəffaflığı təmin olunan işə də şübhə edirik, vicdanı olanın da vicdanına inanmırıq, yaradılışımız belədir, bu formada yetişdirildik – vətəndaş olaraq inamsız və sevgisiz. Mən övladlarımı oxutduğum yerlərə simvolik ianələr verirəm. Bu ianələrin aidiyyatı üzrə xərclənməsinə dair də üç aydan bir hesabatımı alıram”.

Jurnalist özümüzü oğru və fırıldaq cəmiyyət olmaq imicindən xilas etməli olduğumuzu vurğulayıb:

"Məmuru rüşvət almaqdan uzaqlaşdırmalıyıq. Boş yerə deyilmir, dövləti vətəndaş tərbiyə edir. Tələbkar və qərarlı vətəndaşı olmayan dövlətlərin heç birində inkişaf olmur. Özümüzü yetişdirək və məmuru idarə edək”.

Günay
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR