Azərbaycan Rusiyaya tibbi oksigen göndərdi - FOTO
Kateqoriya məlum deyil
Azərbaycandan tibbi oksigenin ilk partiyası Rusiyanın Stavropol vilayətinə çatdırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov sosial media hesabında məlumat verib.
"Azərbaycandan olan tərəfdaşlarla tibbi oksigenin tədarükü ilə bağlı razılaşmamız həyata keçirilir. Bir gün əvvəl əyalətə ilk partiya gəldi. Nevinnomıssk şəhərində oksigen boşaldılıb, artıq tibb müəssisələri arasında paylaşılma prosesi aparılır”, - deyə qubernator bildirib.

(Bizim.Media)






