Logo

AZAL Təl-Əvivdən Bakıya gələnlərə müraciət etdi

AZAL Təl-Əvivdən Bakıya gələnlərə müraciət etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Azərbaycan Hava Yolları” QSC (AZAL) Təl-Əvivdən Bakıya səyahət edən sərnişinlərinə müraciət edib.

QSC-dən Sfera.az-a verilən məlumata görə, gələn il yanvarın 17-dən 31-dək Təl-Əviv hava limanında (TLV) sərnişinlərə xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə əlaqədar olaraq, AZAL-ın Tel-Əviv-Bakı marşrutu üzrə reyslərinin qeydiyyatı və baqaj qəbulu müvəqqəti olaraq Ben Qurion adına Beynəlxalq Hava Limanının 1-ci Terminalında həyata keçiriləcək.

"Uçuşu bu elanda göstərilən tarixlərə düşən sərnişinlərdən xahiş olunur ki, Tel-Əviv hava limanının birinci terminalında qeydiyyatdan keçsinlər” - müraciətdə bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR