Azərbaycanda tanınmış vəkilin fəaliyyəti dayandırıldı — SƏBƏB

Azərbaycanda tanınmış vəkilin fəaliyyəti dayandırıldı — SƏBƏB

 

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırılıb.

Sfera.az xəbər verir ki, bu barədə gununsesi.info-ya Vəkillər Kollegiyasıının Rəyasət Heyətinin üzvlərindən biri məlumat verib. Məlumatda qeyd olunur ki, telekanalların məhşurlaşdırdığı Şəfiqə Nağıyeva barəsində kollegiyaya saysız şikayətlər daxil olub. Həmin şikayətlərdə vətəndaşlar vəkilin onları aldatdığını bildiriblər.

Məsələ ilə bağlı Şəfiqə Nağıyevanın özündən bu barədə soruşmağa çalışsaq da bu cəhdimiz baş tutmadı. Telefon zəngimizə cavabında özünü köməkçi kimi təqdim edən şəxs Şəfiqə Nağıyevanın mövqeyini açıqlayacağını dedi: "Özünün cavabını sizə təqdim edərəm”.

 


OXŞAR XƏBƏRLƏR