Logo

Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik edilir

Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik edilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik təklif edilir.

Sfera.az xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik olunur.

Dəyişikliklə Məcəllənin 65.5-ci bəndi yeni redaksiyada verilir: "Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Məcəllənin hazırki bəndi isə belədir: "Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR