Logo

Məstan maşını aşırdı: ölən var

Məstan maşını aşırdı: ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tovuz sakini ağır yol-nəqliyyat qəzasında ölüb.

Sfera.az DİN-in saytına istinadən bildirir ki, iyulun 20-də Çatax kəndində rayon sakini Məstan Hüseynov "QAZ-53" markalı avtomobili idarə edərkən avtomobilin qoşqusu yerindən çıxıb və kənd sakini Habil Qafarovun üstünə aşıb. H.Qafarov xəstəxanaya aparılarkən yolda ölüb.

Eyni gündə Bakının Sabunçu rayonunda da yol-nəqliyyat hadisəsi baş verib. Kürdəxanı qəsəbəsində Yardımlı rayon sakini Rəşid Mirzəyev idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zöhrə Əhmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş Z.Əhmədova orada ölüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR