Logo

Bakı funikulyorunun fəaliyyəti bərpa edildi

Bakı funikulyorunun fəaliyyəti bərpa edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı funikulyorunun fəaliyyəti 21 aydan sonra bərpa edilib.

Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Pandemiyanın ilk günlərindən funikulyor fəaliyyətini dayandırmışdı. Bir müddətdir ki, yenidən fəaliyyətə başlayıb" - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bakı funikulyoru 2020-ci ilin mart ayından bağlı idi.

Bakı funikulyoru ilk dəfə 1960-cı ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Leninqrad (Sankt Peterburq) şəhərində hazırlanaraq paytaxta gətirilib. İki stansiyası olan funikulyorun stansiyalararası məsafəsi 455 metrdir. Cəmi 2 vaqonu olan funikulyorda vaqonlar bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Qatarlararası interval 10 dəqiqədir.

Funikulyorda gediş haqqı 1 manatdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR