Logo

Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabrın 16-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Dekabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR