“Ancaq alver, ticarətlə bağlı reyslərin təşkili...” – Deputat turizmin problemləri haqda
"Hava yolu ilə bağlı qiymətlərdə Gürcüstan və digər ölkələrə uduzuruq".
Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında"Turizm haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirib. Millət vəkili hava yolu nəqliyyatı üçün nəzərdə tutulan biletlərin bahalığı ilə bağlı narazılığını bildirib:
"Uçuş biletlərinin qiyməti ilə bağlı digər ölkələrə uduzuruqsa demək ki, ölkədə turizm inkişaf etməyəcək. Digər tərəfdən beynəlxalq statuslu hava limanlarının işləməməsi, ancaq alver, ticarətlə bağlı reyslərin təşkili yenə də turizmə mənfi təsir edir. Görünən odur ki, Miqrasiya xidmətinin də gücü çatmır ki, vizasız gediş-gəliş məsələsindəki problemləri həll etsin. Türkiyədən, İrandan Azərbaycana gəlib getmək əzaba çevirilir. Turizm şirkətləri də baha olduğu üçün xidmətləri təklif edə bilmirlər. Turizmə xidmət edən addımlar atılmalıdır"
Əzizə





