Deputat Azərbaycanda turizmin inkişafına mane olan səbəblərdən DANIŞDI
Kateqoriya məlum deyil
"Bu il ölkəyə 2 milyon 863 milyon turist səfər edib. Onların xərclədiyi vəsait isə 3 milyard manata çatıb”.
Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı "Turizm haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.
Deputat turizmə maneə törədən səbəblərdən də danışıb:
"Viza məsələsindəki çətinliklər Azərbaycan turizminə mənfi təsir göstərir. Çünki Azərbaycana ancaq 10 ölkənin vətəndaşları vizasız gələ bilər. Lakin biz Türkiyə, Gürcüstan və digər ölkələrə baxdıqda onların vizasız gedə biləcəkləri ölkələrin sayı 100-dən yuxarıdır”.Əzizə






