Logo

“Azərbaycanda bir də heç vaxt kəskin karantin tədbirlərinə gedilməyəcək” - Açıqlama

“Azərbaycanda bir də heç vaxt kəskin karantin tədbirlərinə gedilməyəcək” - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanda bir də heç vaxt kəskin karantin tədbirlərinə gedilməyəcək”.

Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

"COVİD-19-la mübarizədə həlledici hücum vasitəsi olan hamam və saunalarla bağlı məhdudiyyət də aradan qaldırıldı. Bunun faydasını cəmi bir ay sonra, koronavirusa yoluxmanın kəskin statistik azalması zamanı görəcəyik”, - deyə bildirən mütəxəssis qeyd edib ki, "Omikron” ştamının da heç bir qorxusu yoxdur:

"”Omikron” ştamı pandemiyanın əbədiyyətə qovuşmasıdır. Çox keçməyəcək, hamı bunun canlı şahidi olacaq. Ümumdünya Səhiyyə Təşkilatı da yeni variantın COVİD-19 və əvvəlki mutant ştamlardan daha yolxucu, lakin onlarla müqayisədə patogenliyinin zəif olduğunu və qorxulu hesab edilmədiyini bildirib. Bu  da artıq pandemiyanın tezliklə başa çatması haqqında elmi qənaətin dolayı təsdiqidir”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR