Logo

Bir gündə nə qədər vaksin vurulub?

Bir gündə nə qədər vaksin vurulub?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 449 vaksin vurulub.

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 447, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 198, "buster” doza üzrə vaksinasiya olunanların sayı isə 24 299 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 869 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 613 676, ikinci mərhələ üzrə 4 609 478 nəfər təşkil edir.

Ümumilikdə isə 1 137 970 "buster” doza vurulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR