Həştərxanda Heydər Əliyevin xatirəsi yad edib - FOTO
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ərəfəsində onun Həştərxan şəhərində olan abidəsi önünə gül dəstəsi qoyulub.
Sfera.az Həştərxan Vilayətinin Beynəlxalq Əlaqələr Agentliyinə istinadən xəbər verir ki, bu gün keçirilən tədbirdə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin adından Həştərxan vilayəti hökuməti sədrinin müavini Kazbek Xadikov, Həştərxan vilayətinin sənaye və təbii sərvətlər naziri Denis Afanasyev, regional beynəlxalq əlaqələr agentliyinin rəhbəri Vladimir Qolovkov iştirak edib.
Agentliyin məlumatında bildirilir ki, Həştərxan vilayəti ilə Azərbaycanı uzunmüddətli dostluq əlaqələri birləşdirir: "Bu əlaqələr hər il bütün istiqamətlərdə möhkəmlənir və genişlənir. Əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu var. Heydər Əliyev Fondu ilə əməkdaşlıq dövründə vilayət ərazisində bir sıra sosial əhəmiyyətli layihələr həyata keçirilib.
Həştərxat vilayəti ilə Azərbaycan ərasında əlaqələrin yüksək səviyyədə olması faktına 2021-ci il dekabrın 7-də Bakıda keçirilən görüşdə vilayətin qubernatoru İqor Babuşkin və Azərbaycan Prezidenti İlham Əliyev də toxunublar. Həmin görüşdə tərəflər çoxşaxəli səmərəli əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını bəyan ediblər”.





İnci






