Logo

Hamamların fəaliyyətinə icazə verildi - RƏSMİ

Hamamların fəaliyyətinə icazə verildi - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Sfera.az  xəbər verir ki, yeni qərarla 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir.

Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya  COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR