Logo

“Bir müəllimin 40 şagirddən dərs soruşması mümkünsüzdür” - Orta məktəblərdəki sıxlığın səbəbi nədir?

“Bir müəllimin 40 şagirddən dərs soruşması mümkünsüzdür” - Orta məktəblərdəki sıxlığın səbəbi nədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ölkədə orta məktəblərin sayı əhalinin sayı ilə uyğunluq təşkil etmir”.

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məktəblərdəki sıxlıqdan danışarkən deyib. O, sözügedən məsələnin ciddi problem olduğunu qeyd edib:

"20 ildən çoxdur ki, Bakıda tikinti sektoru böyük sürətlə inkişaf edir. 2 minə yaxın yeni tikili, çoxmənzilli bina və yüz minlərlə fərdi həyət evləri son 20 ildə paytaxtımızda inşa olunub. İqtisadi baxımdan bu çox əlverişlidir. Bu sahənin inkişafı, həmçinin insanların evsizlik problemlərinin aradan qalxmasına xidmət edir. Lakin nəzərdən qaçan məsələ orta məktəblərlə bağlıdır. Bəzi özəl məktəblər və orta məktəblər açılsa da, hətta köhnə məktəblər bərpa olunub genişlənsə də, bu, hazırkı real  təlabatı ödəmir. Bu gün köhnə yaşayış massivləri sökülərək hündür mərtəbəli binalarla əvəzlənir. Eyni zamanda insanların və mənzillərin sayı normativdən demək olar ki, 3 dəfəyə qədər artıb. Hətta bəzi kompleks binalar var ki, onların özünə ayrıca məktəb lazımdır. Bütün bunlara baxmayaraq, orta məktəblərin sayını artırmaq aidiyyatı qurumların nəzərlərindən yayınıb”.

Müsahibimizin sözlərinə görə,  əvvəllər bir sinifdə 15-20 şagird təhsil alırdısa, bu gün bir sinifdə şagird sayı  hətta 40-a qədər artır:

"Müəllimlərin fiziki  olaraq 45 dəqiqəlik bir dərsi bütün şagirdlərə çatdırması və dərs soruşması vaxt baxımından mümkünsüzdür. Daha ciddi problem isə əhalinin sıx yaşadığı ərazilərdə orta məktəb tikintisi üçün torpaq sahələrinin olmamasıdır. Yaxşı olar ki, tikintilərə icazələrin verilməsi zamanı ərazi üzrə əhali və orta məktəb sayları da nəzərə alınsın. Əks halda, gələcəkdə övladlarımız bu gün biz etdiyimiz kimi, onlar da öz övladlarını orta məktəbdən götürüb, birbaşa hazırlıqlara daşımalı olacaqlar”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR