Logo

Media sahəsində dövlətin əsas vəzifələri müəyyənləşdi

Media sahəsində dövlətin əsas vəzifələri müəyyənləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Media sahəsində dövlətin əsas vəzifələri müəyyənləşib.

Sfera.az xəbər verir ki, bu, "Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

1. media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək;

2. Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq;

3. istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq;

4. medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək;

5. media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq;

6. media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq;

7. Azərbaycanın media məkanının təhlükəsizliyini təmin etmək;

8. ictimai yayımın təmin olunması üçün şərait yaratmaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR