Bakıda ucuz qiymətə 13 avtomobil satıldı - HƏRRAC
Kateqoriya məlum deyil
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə dekabrın 7-də keçirilən növbəti hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Xidmətdən Sfera.az-a verilən məlumata görə, özəlləşdirilmiş əmlaklardan 48 min 590 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür.
Qeyd edək ki, dekabrın 21-i və 28-də keçiriləcək növbəti hərraca müvafiq olaraq 12 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi və 18 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili çıxarılacaq.






