Şuşada iki nəfərin minaya düşərək həlak olması ilə bağlı - RƏSMİ AÇIQLAMA
Cəmiyyət
13:34 / 09.12.2021
761
Baş Prokurorluq Şuşanın Daşaltı kəndində iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən Sfera.az-a daxil olan məlumatda deyilir:
"Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək".