Logo

DİN-dən oyuncaq silahlarla bağlı XƏBƏRDARLIQ

DİN-dən oyuncaq silahlarla bağlı XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Sosial şəbəkələrdə, elan saytlarında oyuncaq silah satışı var”.

Sfera.az bildirir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, sözügedən silahların əksəriyyəti dəmir konstruksiyalıdır.

"Oyuncaq silah əşyaları ilə bağlı hansısa qadağa yoxdur. Ancaq bu oyuncaq əşyanı alıb onu ictimai yerlərdə, beldə, avtomobilin görünən yerində gəzdirilməsi və saxlanılması ilə bağlı polis orqanlarına vətəndaşlardan məlumatlar  daxil olur”, - deyə qurum rəsmisi əlavə edib.

E.Hacıyev məlumatların araşdırıldığını da bildirib:

"Yoxlayırıq, müəyyən edib dəvət edirik. Cavab verir ki, oyuncaqdır, elə-belə gəzdirirəm. Bu, "elə-belə" gəzdirmə əməlinin adı nədir? Cavab verməkdə aciz qalır. Təbii ki, bu, bizə məlumdur, onu niyə və hansı səbəbə gəzdirir. Bu özünü göstərməkdir? Bu, özünü güclü təqdim etməkdir? Bu, kiminsə diqqətini çəkməkdir? Həmin şəxslərin diqqətinə çatdırın - bu, hansısa ictimai təhlükəli əmələ rəvac verə, yaxud kiminsə qorxmasına, həyacanlanmasına, stress keçirməsinə səbəb ola bilər”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR